Haqqımızda
Müasir dövrdə iqtisadiyyatın şaxələndiyi və bazarda rəqabətin sürətlə artdığı bir şəraitdə effektiv və şəffaf ticarət əlaqələri hər zamankindən daha böyük əhəmiyyət daşıyır.
Bizim əsas məqsədimiz satın alanları birbaşa təchizatçılara yönləndirmək, aradakı süni maneələri, uzanan “əl”ləri və əlavə xərc yaradan faktorları aradan qaldırmaqdır.
Platformamız real biznes subyektlərini bir məkanda birləşdirərək qərarvermə prosesini sürətləndirir, əməliyyat xərclərini optimallaşdırır və tərəflər arasında etibarlı əməkdaşlıq mühiti formalaşdırır.
Biz inanırıq ki, şəffaflıq, sürət və birbaşa əlaqə müasir biznesin əsas sütunlarıdır. Məqsədimiz sadəcə bir platforma yaratmaq deyil — daha effektiv, daha əlçatan və daha ədalətli B2B ekosistemi qurmaqdır.
Şəffaflıq
Gizli komissiya və əlavə vasitəçi mexanizmləri olmadan birbaşa əlaqə.
Sürət
Filtrlənmiş axtarış və sadə struktur ilə daha sürətli qərarvermə.
Etibar
Real VÖEN və hüquqi məlumat əsasında formalaşan etibarlı B2B mühiti.